Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, onun təhlükəsizliyini təmin edən idarənin rəisi Adam Kadırov ölkənin ali mükafatı - Kadırov ordeni ilə təltif edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib.
“Mən Çeçenistan Respublikasının başçısının təhlükəsizlik idarənin müdiri, hörmətli qardaşım Adam Kadırovu ölkənin ali mükafatı - Kadırov ordeni ilə təltif edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu, onun yüksək mənəvi keyfiyyətlərinin və işinə sədaqətinin layiqli etirafıdır”, - deyə Çeçenistan hökumətinin nümayəndəsi bildirib.
O əlavə edib ki, Adam Kadırov əsl vətənpərvər, müsəlman və çeçendir.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var