Deputatlığa namizəd Vüqar Bayramov seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Füzuli rayonu Qayıdışı 3 qəsəbəsinin sakinləri ilə növbəti görüşünü keçirib.
BUTA.TV xəbər verir ki, qəsəbə ziyallısı Yasir Heydərov çıxış edərək namizədin son illərdəki fəaliyyətinə diqqət çəkərək seçiciləri fəal olmağa və layiqli namizədə səs verməyə çağırıb.
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun atası Amil Zalov çıxış edərək bildirib ki, namizəd daimi olaraq şəhid ailələrinin və qazilərinin yanında olub. A.Zalov sakinləri 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştiraka dəvət etdi.
Vüqar Bayramov çıxış edərək seçicilər ilə müntəzəm ünsiyyətin qurulmasına çalışdığını bildirərək yeni dövrünü yeni hədəflərinə uyğun olaraq paltormasında fəaliyyətlərin müəyyənləşdirildiyini bildirib. Platformada qeyd olunanlara uyğun olaraq seçicilər ilə birbaşa ünsiyyət qorunub saxlanılacaq. Yeni hədəflərə uyğun olaraq Azərbaycanda həyata keçirilən islahatlara öz səlahiyyətlərimiz çərçivəsində dəstək davam etdiriləcək.
Daha sonra çıxış edən qəsəbə sakinləri onları maraqlandıran məsələlər ilə bağlı öz fikirlərini bölüşüblər.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var