Moldova Ukrayna üçün nəzərdə tutulan silah və texnikanı öz ərazisində yerləşdirmir və yerləşdirməyi də planlaşdırmır.
BUTA.TV xəbər verir ki, bu bəyanatı Moldova Xarici İşlər Nazirliyi yayıb.
“Rusiya Xarici İşlər Nazirliyi təəssüf ki, məlumatı internetdəki saxta xəbərlərdən alır. Moldova Respublikası neytral dövlətdir və onun qurumları neytrallıq prinsipinə riayət etməyə davam edəcək”, - bəyanatda bildirilib.
Qeyd edək ki, Ukraynanın F-16 təyyarələrinin Moldovada yerləşdirilməsi ilə bağlı məlumat yayılıb. Buna görə Moldovanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb.
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı