Dünyanın ən böyük nəqliyyat qovşaqlarından biri olan Dubay Beynəlxalq Hava Limanı cari ilin ilk altı ayında 44,9 milyon sərnişinə xidmət göstərərək yeni rekorda imza atıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.
BUTA.TV xarici mediaya istinadla xəbər verir ki, ən çox sərnişin Hindistandan qəbul edilib - 6,1 milyon nəfər. Ondan sonra Səudiyyə Ərəbistanı və Böyük Britaniya gəlir - müvafiq olaraq 3,7 milyon və 2,9 milyon nəfər. Ən yüksək sərnişin axınına töhfə verən ölkələr kimi Pakistan (2,3 milyon), ABŞ (1,7 milyon), Rusiya (1,3 milyon) və Almaniya (1,3 milyon) da göstərilib.
Dubay Beynəlxalq Hava Limanı 2024-cü ildə 91,8 milyon insanı qarşılamağı planlaşdırır.
Qeyd edək ki, 2023-cü ildə Dubay Beynəlxalq Hava Limanında sərnişin axını 86,9 milyon nəfərə çatıb. COVID-19 pandemiyasından əvvəl rekord göstərici 2018-ci ildə qeydə alınıb - 89,1 milyon sərnişin.
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı