Hökumət dövlətin idman siyasətinə yenidən baxmalıdır. Federasiya prezidentləri mərkəzi icra hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin rəhbərləri olmamalıdır. Onlar öz işləri ilə məşğul olmalıdırlar.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev Paris Olimpiadasının nəticələri ilə bağlı Xalqcebhesi.az saytına açıqlamasında deyib.
“Legionerlərin milliləşdirilməsi təcrübəsinə son qoyulmalıdır. Olimpiadada bizi təmsil edən milliləşdirilmiş idmançıların sayı soydaşlarımızdan dəfələrlə çox idi. Bu reallıq ölkəmizdə idmanın inkişafının göstəricisi sayıla bilməz. Federasiya rəhbərləri milliləşdirilmiş idmançılardan tələb etməlidir ki, ən azından kurslra yazılıb dövlət dilində bir neçə kəlmə deməyi, öz azarkeşlərinə təşəkkür etməyi, yaxud onlardan üzr istəməyi öyrənsinlər. Çoxlarına bu kimi məqamlar çox kiçik görsənsə də, azarkeşlərdə narazılıq yaradır. Biz özümüz idmançı hazırlamalı, uşaq idmanının inkişafı üçün dövlət proqramı qəbul etməliyik. Vəsait xarici idmançı cəlb etməyə yox, daha çox bu istiqamətə yönəldilməlidir. Avropa kubokları uğrunda yarışlara qatılan futbol klublarımıza baxın, meydana yalnız bir, ən yaxşı halda iki yerli futbolçu çıxır. Belə olmamalıdır, vəziyyəti dəyişmək üçün ciddi qərarların qəbuluna ehtiyac var”, - millət vəkili bildirib.
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı