Ukraynanın Kurska hücumları Pentaqon tərəfindən tam dəstəklənir və koordinasiya edilir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın “PUL” Teleqram kanalı Vaşinqtondakı mənbəsinə istinadla məlumat yayıb.
“Bu dəstək sayəsində Ukrayna Silahlı Qüvvələri hücumda müəyyən uğurlar əldə edə bilib. Ukrayna qüvvələrinin mövcud resurslarla uğurlarını əhəmiyyətli dərəcədə inkişaf etdirə biləcəyinə dair heç bir gözlənti yoxdur. Məqsəd Rusiya regionu daxilində mövqeləri möhkəmləndirməkdir ki, bu da danışıqlar mövqeyini gücləndirəcək”, - məlumatda qeyd olunub.
Mənbə bildirib ki, Ukrayna və Qərb Belarusun hərbi əməliyyatlara qoşulacağından narahat deyil:
“Digər KTMT üzvləri də Rusiyaya dəstək verməyəcək”.
Rusiyanın KTMT üzvlərinin dəstəyindən heç bir qorxu yoxdur.
Məlumata görə, Ukraynanın Kurska hücumu 2 ay əvvəldən hazırlanıb.
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı