Kirayə mənzil bazarında qıtlıqla yanaşı, bahalaşma da var.
BUTA.TV Xəzər TV-yə istinadla xəbər verir ki, hər il olduğu kimi, bu il də yeni tədris ili ərəfəsində kirayə qiymətləri 5-10 % arası artıb. Bununla belə, rieltorlar deyirlər ki, indi Bakının mərkəzində, yəni Səbail və Nəsimidə, həmçinin nisbətən mərkəzdən kənar –Yasamal və Nərimanov rayonlarında kirayə ev tapmaq müşkül məsələdir.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev bildirib ki, bahalaşmanın və kirayə mənzil qıtlığının səbəbləri təkcə tələbələr yox, paytaxt ərazisində söküntülərin çox olması da təsiredici amillərdəndir. Ekspert bahalaşmanın hələ sentyabr ayının sonuna qədər davam edəcəyini də istisina etmir.
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı