VII çağırış növbədənkənar parlament seçkilərində 8 saylı Binəqədi seçki dairəsindən namizəd olan VI çağırış Milli Məclis deputatı Azay Quliyev milyonluq mülklə gündəmə gəlib. Sosial şəbəkələrdə A.Quliyevin Pirşağıda hektara yaxın ərazini əhatə edən və dəyəri milyonlarla hesablanan villasının üzə olduğu bildirilir. Villanın ərazisində geniş stadion olması barədə görüntülər də müzakirə yaradıb.
Pravda.az-ın xəbərinə görə, A.Quliyevin Pirşağıdakı mülkü barədə Mərkəzi Seçki Komissiyasına heç bir məlumat vermədiyi də iddia olunur. Məsələni dəqiqləşdirmək üçün saytımızın əməkdaşı Azay Quliyevin köməkçisi Asəf Vəliyevlə əlaqə saxlayıb. Onun telefonuna seçki qərargahının əməkdaşları cavab verərək bildiriblər ki, seçki ərəfəsində A.Quliyevin köməkçiləri işləmirlər.
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı