İrəvan Azərbaycanın tələbi ilə Konstitusiyaya dəyişiklik etməyəcək. Bu, ölkənin daxili işidir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
“Ermənistan Respublikası öz Konstitusiyasını Ermənistan vətəndaşlarının qərarı ilə dəyişə bilər. Ermənistan Respublikası heç bir ölkənin tələbi ilə Konstitusiyasını dəyişməyəcək. Konstitusiyanı dəyişdirmək və ya dəyişdirməmək Ermənistanın daxili işidir”, - o bildirib.
Qeyd edək ki, Bakı dəfələrlə bəyan edib ki, sülh sazişi imzalamaq üçün Ermənistan Konstitusiyasını dəyişməli və 1990-cı ildə qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadı çıxarmalıdır. Bu sənəd Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinin “zəruriliyini”qeyd edir, həmçinin 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin dırnaqarası soyqırımından bəhs edir.
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı