Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 27A, mənzil 77 ünvanında Fəttahov Elçin Rişad oğluna məxsus “Elçinin basdırması” adlı iaşə obyektində monitorinq aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən BUTA.TV-a verilən məlumata görə, monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
Qida obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, müəssisədə çiy toyuq dönərinin emalı prosesi zamanı çarpaz çirklənmənin baş verdiyi, emal sahəsinin divarının asan yuyulub-təmizlənə bilən materialla üzlənmədiyi, qida məhsullarının, alət və ləvazimatların yuyulması prosesinin eyni yuma çanağında həyata keçirildiyi, havalandırma sisteminin quraşdırılmadığı və işçilərin sağlamlıq arayışlarının olmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
- Latviya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Metroda qatarların hərəkətində ləngimələr oldu - Foto
- Bakıda internat məktəbinin yataqxanasında yanğın - Video
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı