Ermənistan bir çox sahələrdə ABŞ ilə münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa çatdırmağa hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Cozef Baydenə göndərdiyi təbrik məktubunda deyib.
"Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, demokratik islahatlar, iqtisadi və enerji dayanıqlılığının möhkəmləndirilməsi, ədalət mühakiməsi, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiqlik Ermənistan və ABŞ arasında strateji dialoqun gücləndirilməsi konsepsiyasında öz əksini tapıb", - o deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olması prosesindəki roluna önəm verir.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
"Fürsətdən istifadə edərək, Ermənistanın sülh gündəliyinə sadiqliyini təsdiqləmək və bu mühüm dövrdə davamlı və möhkəmlənən tərəfdaşlığımızın ölkələrimiz və region üçün dinc və daha firavan gələcəyin formalaşmasına kömək edəcəyinə əmin olduğumu bildirmək istəyirəm", - Paşinyan qeyd edib.
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi