Azərbaycanda 2024-ci ilin sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Prosesə hazırlıq dövründə mətbuatda və sosial şəbəkələrə namizədlərin gündən-günə artdığını müşahidə edirik. Hətta aparılan müzakirələrdə tanınmış şəxslərin parlament seçkilərinə qatılacağı haqqında iddialara, ayrı-ayrı insanların deputat olmasını istəyən şəxslərin fikirlərinə də rast gəlirik. Ən çox adıçəkilən tanınmışlar sırasında Manaf Ağayev də var.
BUTA.TV İnterpress.az-a istinadən xəbər verir ki, müğənni Manaf Ağayev bütün əlaqələrini işə salaraq deputat olmaq üçün hərəkətə keçdiyi iddia edilir. Məlumata görə, müğənni seçkilərlə bağlı prosesə həmyerlisi olan bir çox sənət dostlarını da cəlb edib. Mənbənin məlumatına görə, Manaf Ağayev 84 saylı Füzuli seçki dairəsindən namizəd olacağını deyir. Hal-hazırda həmin dairənin deputatı tanınmış iqtisadçı Vüqar Bayramovdur.
Qeyd edək ki, Manaf Ağayev 24 aprel 1964-cü ildə Füzuli rayonunun Şıxlı kəndində anadan olub. Orta təhsilini Füzuli rayonunda alıb.
1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Mədəni-Maarif” fakültəsinə daxil olub.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
2009-cu ildə “Toylar Kralı” yarışmasının qalibi olub.
Manaf Ağayev 18 fevral 2022-ci ildə Füzuli rayonuna müvafiq icazələr olmadan qanunsuz daxil olduğuna görə Nərimanov rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alıb. Evlidir, 3 övladı var.
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi