Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.
BUTA.TV xəbər verir ki, körpənin valideynləri – Anar və Lamiyə Yolçulular bu ilin may ayında doğma yurda qayıdıb və burada onlara verilən fərdi evdə daimi məskunlaşıblar.
Hər iki valideyn - Anar və Lamiyə məcburi köçkün ailənin övladlarıdır.
“Biz məcburi köçkünlüyün çətinliklərini görmüş ailələrdənik. Ancaq həmişə dövlətimizin, möhtərəm Prezident cənab İlham Əliyevin, birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuşuq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bizim də həyatımızda yeni bir dövr başlandı. Dövlətimizin başçısının tapşırığı ilə yeni salınan Sus kəndində gənc ailə kimi bizə də ev verildi. Dərin minnətdarlıq hissi, böyük arzularla qayıtmışıq doğma yurda… Əminik ki, özümüz də, oğlumuz da Susda daim xoş günlər yaşayacağıq”, – deyən Anar Yolçulu qardaşı ilə birlikdə torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Onun atası Nüsrət isə birinci Qarabağ müharibəsinin veteranıdır.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı