44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana qətiyyətli dəstəyi Azərbaycanın tarixi torpaqlarını erməni işğalından azad etməklə yanaşı, 1944-cü il Boraltan faciəsinin rüsvayçı ləkəsini də ölkəmizin vicdanından silməyə imkan verdi. O zaman Sovet hakimiyyəti Ankaranın təhvil verdiyi bir qrup azərbaycanlı qardaşımızı dərhal güllələmişdi.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasından sonra keçirilən brifinqdə çıxışında deyib.
Ərdoğan 76 azərbaycanlının güllələnməsini faciə adlandırıb, bu faciədə o vaxt hakimiyyətdə olan Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) təqsirkar olduğunu bildirib:
“Xalqımız 76 il Boraltan faciəsinin acısını qəlbində daşıyıb. Artıq Qarabağda 30 illik erməni işğalına son qoyuldu, Türkiyə xalqı isə Boraltan faciəsinin ləkəsindən xilas oldu. Biz bu cür hadisələrin təkrarlanmasına imkan verə bilmərik”.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Qeyd edək ki, 6 avqust 1945-ci ildə 146 azərbaycanlı SSRİ zülmündən qaçaraq qardaş Türkiyəyə sığınır. O zaman SSRİ-nin tələbi ilə geri qaytarılan azərbaycanlılar Araz çayının üzərindəki Boraltan körpüsündəcə sovet əsgərləri tərəfindən güllələnir.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı