Çürük pomidorları gözəllik prosedurlarında istifadə etmək yəqin ki, heç birimizin ağlına gəlməz. Ancaq ağ saçları təbii şəkildə tündləşdirməyin yollarından biri də çürük pomidorlardan hazırlanan boyadan istifadə etməkdir.
Bəs çürük pomidordan saç boyası necə hazırlanır?
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, ağ saçlar yaş və ya genetikadan asılı olaraq bir çox insanın üzləşdiyi problemdir. Saçları ağaranlar adətən onları boyamağa üstünlük versələr də, bu vəziyyətdən xilas olmaq üçün təbii üsullara müraciət edənlərin də sayı az deyil.
Bunun üçün çürük pomidorların qabıqlarını soyun və ən yararsız hissələrini kəsib atın. Sonra üzərinə 1 xörək qaşığı zeytun yağı əlavə edərək blenderdən keçirin. Sonrakı mərhələdə qarışıma 1 çay qaşığı düyü unu əlavə edib püre halına gətirin.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Bu qarışımı yağlı və çirkli saçlara çəkin. Ən azı 30 dəqiqə saxlayın. Bu müddət bitdikdən sonra saçınızı yaxşıca yuyun.
Bu prosesi həftədə bir dəfə tətbiq etsəniz, zamanla saçların ağarmasına səbəb olan follikulların sayının azaldığını görəcəksiniz. Bu proses sayəsində piqmentin yenilənməsi nəticəsində saç kökləri güclənəcək və ağ saçlarınızın rəngi tündləşəcək.
Çürük pomidor ağ saçların qaralmasında təsirli ola bilər. Ancaq həssas dəriyə sahib olanlar bunu sınamazdan əvvəl mütləq bir mütəxəssislə məsləhətləşməlidirlər.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı