Hər il böyük maraqla qarşılanan və bir çox şirkətin, yüzlərlə insanın iştirak etdiyi 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi” bu il də ənənəsinə sadiq qalaraq, möhtəşəm təşkil olunub.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı ilə keçirilən sərginin tərəfdaşlarından biri də gənclərin sevərək içdiyi “Coffee ’nJoy” dur.
24-26 iyun tarixində “Bakı Ekspo Mərkəzi”ndə baş tutan sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub.
Sərgidə iştirak edən gənclər şirkətlərin iş mühiti tanış olub, gələcək karyeraları üçün onları maraqlandıran sualları veriblər.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Gənclərin təhsili, fərdi və karyera inkişafını prioritetlərindən hesab edən “Coffee ’nJoy” mütəmadi olaraq, gənclər üçün təşkil edilən tədbir və sərgilərə dəstək verir.
Adıçəkilən marka onları motivasiya etmək, yeniliklərə gedən yolda ruhlandırmaq üçün həyata keçirilən layihələrdə yaxından iştirak edir.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi