Sovet dövrünün tək-tük yaxşı ənənəsi varsa, onlardan biri də valideynlə övlad arasında pərdənin olması idi. Daha dəqiq desək, xüsusi ilə atanın bir zəhmi, baxışı, ağır nəfəsi idi ki, dəyişən zaman dəyərlərində bu məsələ də yoxa çıxmaqdadır.
Təəssüf ki, müasir dövrün ataları get-gedə cılızlaşır, özü ağılda uşaqlarına qoşulub o düşüklük qalmır ki, etməsinlər.
Məsələn, ata da övladı ilə Tiktok videosumu çəkər? Bu, mənasızlığın, pərdəsizliyin hansı həddidir? Övladın başı çatmır, ağsaqqal ataya nə olub? Oğlu ilə mənasız Tiktok videosu çəkən atanın verdiyi tərbiyə nə olacaq?
Görünür, o ən yaxşı atalar, elə övladını bir dövrdən - həddi-büluğdan sonra öpüb-əzizləməyən atalar idi.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Əslində, doğru olan da budur ki, övladın əzizlənəsi yaşı müəyyən olunmalıdır. Məsələn, müasir dövrdə görürsən ki, ata özündən boyca böyük, bığlı-saqqallı oğlunu öpür, qucaqlayır. Belə də iş olar? Ayıb deyilmi?
Qız övladını haradasa başa düşülən, qəbul ediləndir. O, həyatın bütün dövrlərində öpüb-əzizlənə bilər.
Bəs oğlan? Həddi-büluğa çatmış oğlanı da öpüb-qucaqlayarlarmı? Gərək, analar da belə etməsin. Bu, oğlanı şitəndirmək, ərköyünləşdirmək, hormonlarına qədər müdaxilə etməkdir.
Üstəlik, uşaqkən də hər şeyi qədərində etmək lazımdır. Gözünü açandan öpüşlə, qucaqla, gül-çiçəklə böyüyən oğuldan nə kişi olacaq?!
Əlbəttə, dəyişən dəyərlərdə belə məsələlər “sevgi göstərişi” adı ilə də tanınır, fəqət, qətiyyən belə deyildir.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi