AŞPA Ukraynada hərbi cinayətlərə görə Prezident Vladimir Putin və Rusiya hərbi komandanlığı üçün xüsusi tribunalın yaradılması haqqında qətnaməni təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə qurumun saytında məlumat yer alıb.
“Strasburqda keçirilən birgə müzakirələrdən sonra bu gün qəbul edilən üç qətnamədə AŞPA Vladimir Putin və onun generallarını Ukraynaya qarşı təcavüzə görə məsuliyyətə cəlb etmək, Rusiyaya qarşı sanksiyaları gücləndirmək və onun Ukraynanın mədəni kimliyini silmək cəhdlərinə qarşı çıxmaq planlarını açıqlayıb”, - məlumatda qeyd olunub.
Qeyd olunub ki, xüsusi tribunalın yaradılması Rusiya rəhbərliyini cinayətlərə görə təqib etmək üçün hüquqi baza və siyasi legitimlik baxımından ən yaxşı variantdır:
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
“Xüsusi tribunal Avropa Şurası ilə Ukrayna arasında razılaşma əsasında yaradılacaq. Niderland nümayəndələri belə bir tribunalın Haaqada keçirilməsini təklif ediblər. AŞPA həmçinin yenidən Rusiyanın aktivlərinin müsadirə olunmasını və Ukrayna üçün beynəlxalq təzminat fonduna köçürülməsini istəyib”.
Parlament Assambleyası əlavə qətnamədə Rusiyaya qarşı mövcud sanksiyalarda boşluqların aradan qaldırılması, yəni “kölgə donanması” gəmilərinin siyahıya salınması və onların hərəkətinin qadağan edilməsi, ixraca nəzarətin gücləndirilməsi və əsas şirkətlərin törəmə şirkətlərinin hərəkətlərinə görə məsuliyyət daşıması yollarını təklif edib.
Üçüncü qətnamədə AŞPA Rusiyanın tarix dərsliklərini yenidən yazmaq, mədəni irsi məhv etmək və uşaqları ruslaşdırmaq kimi Ukraynanın mədəni kimliyini silməklə bağlı sistematik səylərini pisləyib.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi