Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası ( EAPCA) Fransanın Ermənistana öldürücü silahların satışına qarşı çıxış edərək bəyanat imzalayıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, qurumun baş katibi Sahil Qasımovun imzaladığı sənəddə Fransanın Cənubi Qafqazda aqressiv siyasət yeritdiyi və Ermənistanı Azərbaycana qarşı revanşizmə, müharibəyə təhrik etdiyi qeyd olunur.
“Avro-Atlantik coğrafiyasında fəaliyyət göstərən beynəlxalq transmilli lobbi strukturu olan Avro-Atlantik Azərbaycan Tərəfdaşlıq Şurası Fransanın Cənubi Qafqazdakı çirkin siyasətinin beynəlxalq konvensiyalara zidd olduğunu bəyan edir”, - məlumatda bildirilib.
EAPCA-da hesab edirlər ki, Fransanın qanlı hərbi təcavüz təcrübəsi olan Ermənistana hücum və öldürücü silahlar verməsi, Ermənistanla Fransa arasında hərbi əməkdaşlıq sahəsinin genişlənməsi yeni müharibənin başlanmasını qaçılmaz edir.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Bəyanatda qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, xüsusən də Naxçıvan istiqamətində atəşkəsi pozması birmənalı olaraq Fransanın Ermənistana göstərdiyi hərbi-texniki dəstəyin nəticəsidir:
“Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası Fransa ilə Ermənistan arasında “Sezar” özüyeriyən artilleriya qurğularının alqı-satqısına dair müqavilənin imzalanmasını qətiyyətlə pisləyir və bunu Fransanın Azərbaycana qarşı növbəti təxribatı hesab edir. Bu cür hallar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də regionda sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirmək məqsədi daşıyır”.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi