Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərib və 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.
BUTA.TV xəbər verir ki, jurnalist Məğrur Salmanov qətlə yetirilən polislərdən biri – polis kapitanı Eldəniz Məmmədovun xarakterini üzə çıxaran bir xatirəsini paylaşıb.
O bildirib ki, Eldəniz Məmmədovla qonşu olublar. Zəhmli görünməyinə baxmayaraq, onu mehriban adam kimi tanıdığını deyən M.Salmanovun sözlərinə görə, bir dəfə maşınını Eldəniz Məmmədovun maşınının arxasında saxlayıbmış. Səhər tezdən işə getmək üçün gələn E.Məmmədov isə qonşusunu yuxudan qaldırmaq istəməyib, həmin gün işə taksi ilə gedib.
Qonşularına qarşı xüsusi diqqəti və həssaslığı ilə seçilən Eldəniz Məmmədov məhəlləni işıqlandırmaq üçün projektor da alıbmış və onu öz sayğacına qoşdurubmuş.
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi