Bu cür hadisələr (Dağıstanda terror aktı – red.) xüsusilə bu cür ekstremist və terrorçu qrupların təşkilatlanmasının şəbəkə xarakterini nəzərə alsaq, regional səviyyədə vəziyyəti əhəmiyyətli dərəcədə destabilləşdirə bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri TASS-a müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov deyib.
O bildirib ki, hazırda Katibliyə Rusiyadan kömək üçün heç bir müraciət daxil olmayıb:
“Bu tip problemləri uğurla həll etmək üçün Rusiyanın öz potensialı və təcrübəsi var. Bununla belə, əminəm ki, Rusiya kömək istəsə, müttəfiqlər kənarda durmayacaqlar”.
Qeyd edək ki, ötən gün Mahaçqala və Dərbənddə baş verən teraktlarda 17 polis və 4 mülki şəxs ölüb.
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi