2024-cü ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artaraq 10,9 min nəfər olub.
Bu barədə BUTA.TV-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunan dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 3337,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz azalıb. Yüklərin 50,0 faizini neft yükləri təşkil edib.
Dəniz limanları tərəfindən 5576,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4468,0 min tonunu və ya 80,1 faizini tranzit yüklər təşkil edib. 2024-cü il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 280,1 min ton olub.
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi