İran prezidentliyinə namizəd Məsud Pezeşkianın bəzi hallarda türkcə çıxış etməsi İran Keşikçilər Şurasının (İran Konstitusiyasına Nəzarət Şurası) narazılığına səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə Məsud Pezeşkiana yaxın mənbələr bildirib.
“İran Konstitusiyasına görə rəsmi sənədlər və yazışmalar fars dilində olmalıdır. Məsud Pezşkian isə bir neçə dəfə türkcə danışıb və türk olduğunu dilə gətirib. Keşikçilər Şurası onun prezidentliyə namizəd olduğu üçün danışıqlarının rəsmi hesab edildiyini bəhanə edərək çıxışlarının fars dilində olmasına təkid edib”, - məlumatda deyilir.
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video