Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır.
BUTA.TV xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda səsləndirib.
“Bilirəm ki, həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: iki proses paralel getməlidir. Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
- Şahin Bağırovdan “Temu” ilə bağlı açıqlama
- Ağsuda "Isuzu" qəzaya uğradı, sürücü belə xilas edildi - Video
- Bacarıqlar Sammiti: ikitərəfli görüşlər keçirildi
- Komitə sədri gömrükdə sahibsiz qalan mallardan danışdı
- Bakıda bu məhsul 35% bahalaşdı – Səbəb
- Azərbaycan-İran yeni sərhəd keçid məntəqəsi istifadəyə verilir
- "Park Yasamal"da ipoteka imkanı ilə hazır mənzillər – "Kristal"
- May ayının havası: intensiv yağışlar...