Ağsuda "Isuzu" qəzaya uğradı, sürücü belə xilas edildi - Video

16:10 - 29 Aprel 2026 - GÜNDƏM

 Ağsuda

Bakı-Şamax-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Isuzu" markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü Kamran Arif oğlu Xəlilovu xilas ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol