Azərbaycan-İran yeni sərhəd keçid məntəqəsi istifadəyə verilir

15:18 - 29 Aprel 2026 - GÜNDƏM

 Azərbaycan-İran yeni sərhəd keçid məntəqəsi istifadəyə verilir

Azərbaycan-İran yeni sərhəd keçid məntəqəsi istifadəyə veriləcək.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

O qeyd edib ki, son illərdə Azərbaycanda bir sıra gömrük keçid məntəqələrində infrastruktur imkanları daha da müasirləşir:

"Bu yaxınlarda İranla sərhəddə "Ağbənd" keçid məntəqəsi inşa olunacaq. İntensiv tikinti işləri aparılır. İşlər yaxın vaxtlarda yekunlaşacaq. Piyadaların da rahat keçidi üçün imkanlar yaradılacaq".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol