İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Türkiyə Respublikasının birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammiti keçirilir.
BUTA.TV xəbər verir ki, sammitdə ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitin açılış mərasimində iştirak edib.
Sammit insanların bacarıqlarının həyatın bütün mərhələlərində inkişaf etdirilməsi və onların potensialından tam istifadə olunması məsələlərinə dair müzakirə aparmaq məqsədi daşıyır.
Tədbir çərçivəsində nazir Anar Əliyev Bolqarıstanın əmək və sosial siyasət naziri Hasan Ademovla və Türk Dövlətləri Təşkilatının (Türk Devletleri Teşkilatı) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi