Bakı şəhəri Xətai rayonu Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.
BUTA.TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nda əksini tapıb.
Sərəncama əsasən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmirbərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım veriləcək (qiymətləndirmə xərcləri daxil olmaqla), həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqlarının ödəniləcək (bank xərcləri daxil olmaqla).
Eyni zamanda Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto