Prezidentdən ASAN Xidmətlə bağlı fərman

14:04 - 28 Aprel 2026 - GÜNDƏM

 Prezidentdən ASAN Xidmətlə bağlı fərman

2026-cı il martın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında ASAN Xidmət modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş” təsdiq edilib.

BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qvineya Respublikası Hökumətinə bildiriş göndərməlidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol