Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.
Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib:
“Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Şahin Bağırovdan “Temu” ilə bağlı açıqlama
- Ağsuda "Isuzu" qəzaya uğradı, sürücü belə xilas edildi - Video
- Bacarıqlar Sammiti: ikitərəfli görüşlər keçirildi
- Komitə sədri gömrükdə sahibsiz qalan mallardan danışdı
- Bakıda bu məhsul 35% bahalaşdı – Səbəb
- Azərbaycan-İran yeni sərhəd keçid məntəqəsi istifadəyə verilir
- "Park Yasamal"da ipoteka imkanı ilə hazır mənzillər – "Kristal"
- May ayının havası: intensiv yağışlar...