İndi Cənubi Qafqazda yeni nizam qurulur. Əsassız fikirləri bir kənara qoymağın vaxtı çatıb. Reallıqla heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, zamanın həqiqətləri ilə hərəkət etmək həmişə daha yaxşıdır. Paşinyan da artıq bunu başa düşür.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında deyib.
“Biz əvvəldən qondarma erməni soyqırımı məsələsi ilə bağlı çox açıq danışdıq. Arxivlərimizi aça biləcəyimizi dedik və açdıq. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan, diasporun onları əsarətə saldığı zülmətdən xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək. Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı halda ondan yaxşı istifadə etmək lazımdır. Bu prosesdə təkcə diaspor deyil, bir çox dairələr də Ermənistana təsir etməyə çalışırlar. Biz bunları görür və vaxtaşırı xəbərdarlıqlar edirik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar”, - Ərdoğan bildirib.
- Şahin Bağırovdan “Temu” ilə bağlı açıqlama
- Ağsuda "Isuzu" qəzaya uğradı, sürücü belə xilas edildi - Video
- Bacarıqlar Sammiti: ikitərəfli görüşlər keçirildi
- Komitə sədri gömrükdə sahibsiz qalan mallardan danışdı
- Bakıda bu məhsul 35% bahalaşdı – Səbəb
- Azərbaycan-İran yeni sərhəd keçid məntəqəsi istifadəyə verilir
- "Park Yasamal"da ipoteka imkanı ilə hazır mənzillər – "Kristal"
- May ayının havası: intensiv yağışlar...