Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.
Naxçıvan polisinin mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən cinayətkar dəstə zərərsizləşdirilib.
Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10 000 (on min) saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilib.
Həmin dəstənin digər üzvlərinin və əlavə cinayət əməllərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
- 300-dən çox məscid, 500-ə yaxın qəbristanlıq məhv edilib - QAİ
- Ölkədə unun yeni qiyməti bəlli oldu - Siyahı
- "Sahil" metrosu qarşısındakı izdihamla bağlı rəsmi açıqlama
- Badamdarda uçqun təhlükəsi aradan qaldırıldı
- "Sahil" metrosu qarşısında böyük izdiham - Foto
- Ölkədə milli standartlaşdırma ilə bağlı yeni proqram
- Sabah Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- "8-ci km bazarı"nın sökülməsi barədə yayılan xəbərlərə rəsmi münasibət