İlham Əliyevin növbədənkənar Prezident seçkilərində namizədliyi barədə YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik.
BUTA.TV xəbər verir ki, bu sözləri Haqq Ədalət Partiyasının sədri Əli İnsanov bu gün keçirilən iclas zamanı deyib.
“Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 20 ildə həyata keçirdiyi işlər və böyük nailiyyətlər bizə tam əsas verir ki, deyilən qərarı dəstəkləyək və müvafiq qərar qəbul edək”, - o bildirib.
İclasın sonunda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib.
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
Qeyd edək ki, Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə də Prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini açıqlayıb.
- Babaları ilə uşaqlıq şəkillərini paylaşdılar - Foto
- QHT-lər Zəngilandakı həmin dəqiqədən danışır
- Hər qarış torpaq Azərbaycan xalqına məxsusdur - Prezident
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video
- Qazaxıstanlı modellər Bakının mərkəzində... - Video
- Atasının Prezidentlə söhbəti gündəm olan - Şəhid Samirin döyüş yolu
- “Qarabağ bizim yox, orada buğda əkən bir neçə generalın nəzarətində idi” - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq