Hakimiyyət fərqindədir ki, ölkədə ciddi islahatlara ehtiyac var. Heç bir iqtidar seçkiyə bir il qalmış ciddi islahatlara getmir.
BUTA.TV xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, növbədənkənar seçki elan etməklə rəqibləri hazırlıqsız yaxalamaq tezisi siyasi partiyalar üçün yox, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilməyən xarici güclər üçün keçərlidir:
“İqtidarın borcudur ki, ölkədə sabitliyi və təhlükəsizliyi qorusun. Son qərarlar daha çox kənardan planlaşdırılan təhlükələri önləmək üçündür. Müxalifət partiyaları seçkilərə həmişə hazır olmalıdır. Seçkini boykot edənlər geosiyasətdən başa çıxarmayan, rəqibi və xalqımızın imkanlarını düzgün qiymətləndirə bilməyən, rəqibi təhqir edib aşağılamaqla ona qalib gəlmək istəyən Qərbin əlaltılarıdır”.
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Rayonlarda işsizlik artır, əhali Bakıya axışır
- “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...
- Putin nəhayət görüşə hazırdır - Zelenski
- Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video VİDEO
- Gəncədə andiçmə mərasimində izdiham - Video
- “Barselona” “Real”ı udub çempion oldu - Yenilənib
- Hər qarış torpaq Azərbaycan xalqına məxsusdur - Prezident
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video