Ermənistan Hindistan silahlarının ən böyük idxalçılarından birinə çevrilib. Ölkənin Hindistanın “Akaş” (Akash) qısamənzilli yer-hava HHM sistemini əldə edə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
BUTA.TV xəbər verir ki, məlumatı “Eurasiantimes.com” yayıb.
Məlumatda vəziyyətin həssaslığına görə hələlik məlumatın rəsmi şəkildə təsdiqlənmədiyi, ancaq satışla bağlı artıq sifariş sənədlərinin olduğu bildirilir.
“Akaş” sistemi “Bharat Dynamics Limited” tərəfindən istehsal olunub. Sistem həssas ərazi və nöqtələri hava hücumundan qorumaq üçün nəzərdə tutulub. Sistem həm qrup halında, həm də avtonom rejimdə birdən çox hədəfi vura bilir və daxili elektron əks-tədbir (ECCM) imkanlarına malikdir. “Akaş”ları bütöv halda mobil platformalarda yerləşdirmək mümkündür.
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
Qeyd edək ki, 2020-ci ildə Ermənistan Hindistandan dörd mobil “Svati” radar sistemi alıb, 2022-ci ilin sentyabrında isə “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin, tank əleyhinə raketlərin və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb.
Həmçinin Hindistan MArG 155 özüyeriyən haubitsa və “Zen Anti-Drone System” (Zen antidron sistemi - ZADS) ilə yanaşı, 30 mm və 40 mm çaplı qumbaralar da tədarük edəcək.
- Rayonlarda işsizlik artır, əhali Bakıya axışır
- “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...
- Putin nəhayət görüşə hazırdır - Zelenski
- Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video VİDEO
- Gəncədə andiçmə mərasimində izdiham - Video
- “Barselona” “Real”ı udub çempion oldu - Yenilənib
- Hər qarış torpaq Azərbaycan xalqına məxsusdur - Prezident
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video