Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayının qonağı müğənni Murad Arif olub. O, “YouTube” da yayımlanan “Popumuz var” layihəsinə dəvət etdiyi qonaqları necə seçməsi barədə danışıb: “Elə qonaqlar olub ki, yazılan rəylərin əsasında çağırmışam. Elələri də var ki, özümə maraqlıdır deyə. Meyxanaçı qonağım isə olmayıb. Sağlığında Vüqar Biləcərini dəvət etmək istəyirdim. Başqa birini çağırmalı oldum. Bu məsələni ertələdim və Vüqar dünyasını dəyişdi”.
Müğənni verilişin aparıcısı Kamran Ağabalayevin “Demokratiya, diktatura, yoxsa heç biri” sualına cavab verərkən deyib:
“Mədəni və intellektual səviyyəsini yetişdirmədiyin cəmiyyət üçün demokratiya təhlükəlidir. Bəziləri kökə ilə, bəziləri şallaqla anlayırlar”.
M.Arif heç bir dinə inanmadığını da etiraf edib:
“Nə müsəlman, nə də xristianam. Müsəlman ailədə doğulub böyümüşəm. Ətrafımda da ibadət edən adamları görürəm. Analyıram ki, heç bir dinə aid deyiləm”.
Ətraflı süjetdə:
- Azərbaycanda terror törətmək istəyən əcnəbiyə hökm oxundu
- Təyyarədə adam öldü, məcburi Bakıya endi
- Şahrux Xandan azərbaycanlılara jest - Video
- İğdır-Naxçıvan kəmərinin tikintisi tamamlanmaq üzrədir
- Xaçmaz İH Nadir Xudiyevlə 1,3 milyona anlaşdı
- Urmiya gölü yenidən qurumağa başladı
- Azərbaycan-Türkiyə qardaşlığı zirvələri fəth edəcək - MM sədri
- Azərbaycanla ticarət dövriyyəsi 15 milyarda çatdırılır - Səfir