Xətai Rayon Məhkəməsi ötən gün saxlanılan jurnalist Hafiz Babalı barəsində həbs qətimkan tədbiri seçib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə H.Babalının 3 ay müddətinə həbs olunması barədə qərar qəbul olunub. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, H.Babalı dekabrın 13-də saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı jurnalistlərə H.Babalının “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı açılan cinayət işi çərçivəsində saxlanıldığını bildirib.
Xatırladaq ki, sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, əməkdaş Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.
- Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi
- Bakı və Anlara Suriyanın yeni quruculuğunda birgə fəaliyyət göstərir
- Ayxan Hacızadə Paşinyana cavab verdi
- MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?
- Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat
- Karasevin Bakıya dil uzatmasına Kremldən cavab
- Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...
- Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir