AB Ermənistandakı mülki missiya heyətinin sayını 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib. Təbbi ki, buna da İrəvanın özü qərar verməlidir ki, ölkəsinə kimlər və hansı sayda gələ bilər. Biz müstəqil dövlətik və bunun üçün heç kimdən, o cümlədən tərəfdaşlarımızdan və qondarma müttəfiqlərimizdən icazə istəmək məcburiyyətində deyilik. Biz belə düşünürük, amma nədənsə davranışımızın şərtlərini diktə etmək hüququna sahib olduqlarına inanan bəzi “müttəfiqlər” ərazimizdə kiminlə dost olmağımız və kimi qəbul etməyimizə müdaxilə etməyə çalışır. Söhbət, yəqin ki, artıq təxmin etdiyiniz kimi, AB-nin Ermənistandakı missiyasının genişlənməsinə görə sözün əsl mənasında qeyri-insani səslə qışqıran Rusiyadan gedir.
BUTA.TV xəbər verir ki, bunu erməni siyasi şərhçi Tevos Arşakyan deyib.
“Bu dəfə Moskva Lavrovun müavini Mixail Qaluzini zəncirindən açıb üzərimizə buraxdı. O, bir tərəfdən bizə mühazirə oxumağa, digər tərəfdən isə AB missiyasının qeyri-konstruktivliyinə işarə vurmağa başladı. Onun sözlərinə görə, AB-nin Cənubi Qafqazda siyasəti yalnız Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib. O deyir: “Görürük ki, AB-nin Cənubi Qafqaz siyasəti sırf Rusiyanı oradan sıxışdırıb çıxarmaq məqsədi daşıyır. Eyni zamanda, onlar Ermənistanla Azərbaycan arasında sülhün nizamlanması prosesindəki nailiyyətlərimizdən istifadə edirlər”.
Moskva belə narahatdır! Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindən narahatdır. Əlbəttə, İrəvan və Bakı indi fəal şəkildə, birbaşa danışıqlar aparmağa başlayıb. Bunu birgə bəyanat və ilk müsbət nəticə kimi hərbi personal mübadiləsi sübut edir. İlk dəfədir ki, Bakı və İrəvan Moskvanın vasitəçiliyi olmadan danışmağa başladı, təbii ki, Rusiya bunu həzm edə bilməz. Əminəm ki, ruslar olmasaydı, azərbaycanlılar və ermənilər çoxdan ortaq məxrəcə gələ bilərdilər”, - o bildirib.
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Rayonlarda işsizlik artır, əhali Bakıya axışır
- “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...
- Putin nəhayət görüşə hazırdır - Zelenski
- Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video VİDEO
- Gəncədə andiçmə mərasimində izdiham - Video
- “Barselona” “Real”ı udub çempion oldu - Yenilənib
- Hər qarış torpaq Azərbaycan xalqına məxsusdur - Prezident
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video