Mərhələli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrini sığorta hesabına qarşılamağı nəzərdə tuturuq.
BUTA.TV xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, hazırda həmin layihəyə aidiyyəti qurumlara göndərilib:
"İlk il ürək-damar sistemi xəstəlikləri, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etməyi hədəfləmişik. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub.
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
Həmçinin, dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur.
Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək".
- Rayonlarda işsizlik artır, əhali Bakıya axışır
- “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...
- Putin nəhayət görüşə hazırdır - Zelenski
- Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video VİDEO
- Gəncədə andiçmə mərasimində izdiham - Video
- “Barselona” “Real”ı udub çempion oldu - Yenilənib
- Hər qarış torpaq Azərbaycan xalqına məxsusdur - Prezident
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video