Masallı rayonunun Şərəfə kəndinin genişlənən hissəsində aparılan qazlaşma işləri ilə tanışlıq məqsədilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran RQİİ-nin rəhbər şəxsləri və Masallı Rayon İcra Hakimiyyətinin başçısı sözügedən əraziyə baxış keçiriblər.
BUTA.TV xəbər verir ki, 2610 metr uzunluğunda müxtəlif diametrli polad borular vasitəsilə paylayıcı qaz təchizatı şəbəkəsinin qurulması nəzərdə tutulan massivdə 50-dək fərdi ev mövcud olduğu diqqətə çatdırılıb.
Noyabrın əvvəlindən başlanan tikinti-quraşdırma işlərinin dekabr ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Bununla da işlər başa çatdıqdan sonra bütün evlərin qaz təchizatı şəbəkəsinə əlçatanlığı tam təmin ediləcək. Görüşdə iştirak edən kənd sakinləri ölkə başçısına təşəkkür ediblər.
Ətraflı video materialda:
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Rayonlarda işsizlik artır, əhali Bakıya axışır
- “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...
- Putin nəhayət görüşə hazırdır - Zelenski
- Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video VİDEO
- Gəncədə andiçmə mərasimində izdiham - Video
- “Barselona” “Real”ı udub çempion oldu - Yenilənib
- Hər qarış torpaq Azərbaycan xalqına məxsusdur - Prezident
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video