Yuxum bu gün çin oldu. Allahım o günü mənə nəsib etdi, övladıma qovuşdum.
BUTA.TV xəbər verir ki, bunu əsirlikdən azad edilən hərbçimiz Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Baku TV-yə açıqlamasında deyib.
D.Bəbirova Aqşin və Hüseyn arasında fərq qoymadığını, hər gün onların azad edilməsi üçün dualar etdiyini deyib:
“Hüseynə ömürlük həbs cəzasının verildiyini eşitdiyimiz gün biz Şəlalə xanımla olan-qalan sağlamlığımızı da itirdik. Bir gün əvvəl Şəlalə xanım mənə zəng edib fəryad edirdi, sonra isə sevinc xəbərini çatdırdı. Çox şükür, ilahi bu günü bizə yaşatdı. Artıq bundan sonra yaşamaq istəyirəm”.
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
D.Bəbirova onu da vurğayılb ki, bir övlad evdə yoxdursa, ananın yarısı yoxdur deməkdir:
“Şükürlər olsun ki, yarı param evdə olmasa da, mən yenidən dünyaya göz açmışam. Sanki balamı yenidən dünyaya gətirdiyimi hiss edirəm”, - o söyləyib.
- Rayonlarda işsizlik artır, əhali Bakıya axışır
- “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...
- Putin nəhayət görüşə hazırdır - Zelenski
- Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video VİDEO
- Gəncədə andiçmə mərasimində izdiham - Video
- “Barselona” “Real”ı udub çempion oldu - Yenilənib
- Hər qarış torpaq Azərbaycan xalqına məxsusdur - Prezident
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video