Moldova Prezidenti Maya Sandu bu gün Moldovada diplomatik fəaliyyətini başa vuran Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovu qəbul edib.
BUTA.TV xəbər verir ki, Moldovanın ölkə başçısı görüşdə iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinin və ticarət həcminin artırılmasının vacibliyini vurğulayıb. Həmçinin, Prezident sentyabrın 15-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı ilə Kişinyov arasında birbaşa reyslərin açılmasını da alqışlayıb.
Maya Sandu Kişinyov və Bakı arasında əlaqələrin möhkəmlənməsində göstədiyi səylərə görə Azərbaycanın səfirinə təşəkkürünü bildirib və Moldova Respublikasının “Şərəf” ordeni ilə təltif edib.
- Rayonlarda işsizlik artır, əhali Bakıya axışır
- “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...
- Putin nəhayət görüşə hazırdır - Zelenski
- Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video VİDEO
- Gəncədə andiçmə mərasimində izdiham - Video
- “Barselona” “Real”ı udub çempion oldu - Yenilənib
- Hər qarış torpaq Azərbaycan xalqına məxsusdur - Prezident
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video