Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
BUTA.TV xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Emin qızı Mahmudova “Əməkdar incəsənət xadimi” adına layiq görülüb.
Ceyran Emin qızı Mahmudova 19 iyul 1964-cü ildə Bakı şəhərində dahi bəstəkar Emin Sabitoğlunun ailəsində anadan olub.
Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1982–87-ci illərdə təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Tarixi-nəzəriyyə fakültəsində davam etdirib.
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
1991-ci ildən 2017-ci ilədək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb.
AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir.
2017-ci ildən ADMİU-nun Musiqi sənəti fakültəsinin dekanıdır.
Həmçinin “Mədəniyyət” kanalında “Musiqi Xəzinəsi” verilişinin aparıcılarından biridir.
30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.
- Rayonlarda işsizlik artır, əhali Bakıya axışır
- “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...
- Putin nəhayət görüşə hazırdır - Zelenski
- Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video VİDEO
- Gəncədə andiçmə mərasimində izdiham - Video
- “Barselona” “Real”ı udub çempion oldu - Yenilənib
- Hər qarış torpaq Azərbaycan xalqına məxsusdur - Prezident
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video