Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də bir neçə dəfə məhkum olunmuş Xalid Osmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə X.Osmanovun yaşadığı ünvana da baxış keçirili, oradan satış məqsədilə kibrit qutularında və kağız bükümlərdə saxladığı marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər də məsuliyyətə cəlb olunub.
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Rayonlarda işsizlik artır, əhali Bakıya axışır
- “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...
- Putin nəhayət görüşə hazırdır - Zelenski
- Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video VİDEO
- Gəncədə andiçmə mərasimində izdiham - Video
- “Barselona” “Real”ı udub çempion oldu - Yenilənib
- Hər qarış torpaq Azərbaycan xalqına məxsusdur - Prezident
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video