ReAL seçki ilə bağlı toplandı, qərar verə bilmədi

21:26 - 9 Dekabr 2023 - GÜNDƏM

 ReAL seçki ilə bağlı toplandı, qərar verə bilmədi

ReAL-ın Siyasi Komitəsi bu gün toplantı keçirərək, 7 fevrala təyin edilən növbədənkənar prezident seçkisinə öz namizədi ilə iştirak edib-etməmək barədə müzakirə aparıb.

BUTA.TV xəbər verir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Siyasi Komitənin 8 üzvündən 3-ü partiyanın gücünü parçalamamaq üçün noyabrda keçirilməsi gözlənilən parlament seçkilərində iştiraka fokuslanmağı, digər 3-ü isə partiya sədrinin prezidentliyə namizəd olmasını dəstəkləyib. SK-nın iki üzvü bitərəf qalıb.

Buna görə də 16 dekabrda yenidən toplanmaq və qərar qəbul etmək razılaşdırılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol