Dünyanın ən varlı 5 ailəsi açıqlandı

Dünyanın ən varlı 5 ailəsi açıqlandı

Tarix: Siyasət

2023-cü il üçün dünyanın ən zəngin ailəsi adını 305 milyard dollar sərvəti ilə BƏƏ-nin hakim Ən-Nəhyan sülaləsi qazanıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

Reytinqdə ikinci yerdə “Valmart” (Walmart) mağazalar şəbəkəsinin yaradıcısı Sem Uoltonun ailəsi (259,7 milyard), üçüncü yerdə isə “Hermes” brendinin sahibləri olan Hermes ailəsi (150,9 milyard) qərarlaşıb.

“Mars” şirkətinin sahiblərinin ailəsi 141,9 milyard dollarla 4-cü, Qətərin hakim Əs-Sani (133 milyard) ailəsi isə beşinci yerdədir.