Aktrisa Pərvin Abıyevanın Azərbaycandan çıxışına məhdudiyyət qoyula bilər.
BUTA.TV iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək P.Abıyevanın ölkədən çıxışına "stop" qoyulmasını xahiş edib.
Buna səbəb isə yığılan vergi borcunun ödənilməməsidir. Əldə etdiyimiz məlumata görə, aktrisanın vergi borcu hazırda 95 min manatı ötüb.
Məhkəmə işi hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmə baxışı dekabrın 14-nə təyin edilib.
Əgər məhkəmə iddianı təmin etsə, aktrisanın Azərbaycandan çıxışı müvəqqəti məhdudlaşdırılacaq.
- EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi
- Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək?
- İstehsalçılar unun qiymətini açıqladı
- Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür - Mixaylov
- Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi
- Bakı və Anlara Suriyanın yeni quruculuğunda birgə fəaliyyət göstərir
- Ayxan Hacızadə Paşinyana cavab verdi
- MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?