ABŞ Senatının aktı qəbuledilməzdir. Azərbaycana qarşı ədalətsiz qərar qəbul olunub.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, ABŞ 2000-ci illərə qədər insan, mətbuat azadlığı və s. adlar altında pərdələnərək ölkələrin ərazilərinə müdaxilə edirdisə, indi bu açıq şəkilə keçib: "Əvvəlki Amerikadan artıq əsər-əlamət yoxdur. ABŞ imperialist dövlət kimi ədalətsizliyin təbliğatçısına çevrilib".
S.Novruzov qeyd edib ki, ABŞ bəyanatını daxildə də təbliğ etməyə başlayanlar var:
"Əli Kərimli qırt toyuqlar kimi oturub televiziyanın qarşısında müsahibələr verməyə başlayıb. ABŞ və Avropanın siyasətini təbliğ edir. Azərbaycanın ərazi bütövlüyünün əleyhinə qarşı iş aparılır. Guya, azərbaycanlılar erməniləri etnik təmizləməyə məruz qoyub. Hansı ki, bunu ermənilər edib. Bunlardan bir kəlmə danışan yoxdur. Ancaq Azərbaycan əleyhinə eyni mənbədən olan qüvvələr bu təbliğatı aparır".
- Laçına güclü qar yağdı - Video
- Bakıda, yağış altında, yolun ortasında rəqs edən qız - Video
- Merin müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi
- Bakıda hasar maşınların üzərinə aşdı - Video
- Yağış Bakıda bu klinikanı yararsız hala saldı - Video
- DİN: Vətəndaşlara belə köməklik göstərilir - Video
- 15 ağac kəsildi: cinayət işi açıldı
- Sumqayıtda kommunal xidmətlər gücləndirilmiş rejimdə çalışır