Rusiya 2016-cı ildə Avroviziya mahnı müsabiqəsinin qalibi olmuş, Krım tatar əsilli ukraynalı müğənni Camalanı (Susana Camaladdinova) cinayət işi üzrə axtarışa verib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında məlumat yayılıb. “Camaladdinova Susana Alimovna Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - məlumatda deyilir.
Qeyd edək ki, Camala Avroviziya mahnı müsabiqəsində SSRİ dövründə Krım tatar türklərinin Krımdan sürgün olunmasına həsr edilən mahnı ilə məşhurlaşıb və sözügedən müsabiqədə 2016-cı ildə qalibi olub.
- Ötən həftə 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib - FHN
- 2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb - Sədr
- Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video
- Kart ödənişlərində komissiyalara limit qoyuldu
- Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlandı
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO