Azərbaycanın dahi şairi Məhəmməd Füzuli haqqında məqalə Vikipediyanın ingilis dili bölməsində ana səhifəyə çıxıb.
Kult.az xəbər verir ki, bu barədə Vikipediya üzrə mütəxəssis Elnur Eltürk deyib.
“Noyabrın 13-də ingiliscə Vikipediyada yazılmış “Füzuli” məqaləsi həmin platformanın ana səhifəsində “Seçilmiş məqalə” kimi nümayiş olunub. Hazırda məqalə ana səhifədədir.
Məqalədə Azərbaycan şairinin həyatı, yaradıcılığı və mirası haqqında ətraflı məlumat verilib. Məqalə etibarlı istinadlarla zənginləşdirilib”, - Eltürk bildirib.
- Moskvadan kənarda görüş üçün şərt irəli sürdü
- Bu şəxslərin vərəsələrinə 4 misli müavinət veriləcək
- Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət...
- İngiltərədə yaşayan azərbaycanlı qadın qəfil öldü
- Əli Əsədov yeni qərar imzaladı
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək